“Qalatasaray” Çempionlar Liqasında pley-off sədini keçə biləcək?

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

Türkiyə çempionu “Qalatasaray” da qitənin ən nüfuzlu klub turnirində növbəti matçına çıxacaq. İstanbul təmsilçisi səfərdə məğlub olduğu İsveçrənin “Yanq Boyz” komandasını bu dəfə doğma meydanda qəbul edəcək. “Qalatasaray” mərhələ keçmək üçün mütləq inamlı qələbəyə sevinməlidir.

Kiyev “Dinamo”su səfərdə “Zalsburq”la, “Malmö” isə Praqa “Sparta”sı ilə üz-üzə gələcək. Bu oyunların hər ikisində qonaqların mərhələ adlamaq şansları elə də yüksək qiymətləndirilmir.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də yekunlaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
27 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Yanq Boyz” (İsveçrə) (ilk oyun 2:3)
23:00. “Zalsburq” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) (2:0)
23:00. “Sparta” (Praqa, Çexiya) – “Malmö” (İsveç) (2:0)

28 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (0:3)
23:00. “Slaviya” (Praqa, Çexiya) – “Lill” (Fransa) (0:2)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Bodo Qlimt” (Norveç) (1:2)
23:00. “Slovan” (Slovakiya) – “Midtyulland” (Danimarka) (1:1)

Xəbəri sosial şəbəkələrdə paylaş: