“Qarabağ”ın U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, ötən gün turnirin püşkatma mərasimi keçirilib.
Ağdam təmsilçisi püşkatma nəticəsində “E” qrupunda yer alıb. “Qarabağ” Niderlandın “Ayaks”, Türkiyənin “Başakşəhər”, “Bursaspor”, “Manisa” və “Selection Altınordu”, Almaniyanın “Ayntraxt”, Portuqaliyanın “Portu”, Serbiyanın “Srvena Zvezda” klubları ilə mübarizə aparacaq.
Xatırladaq ki, 20 ölkədən 72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyə nəhənglərindən “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” da qüvvəsini sınayacaq. Həmçinin, PSJ (Fransa), “Bayern” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri də İzmirdə yarışacaq. Azərbaycanı isə bu yarışda Ağdam klubu ilə yanaşı, “Neftçi” də təmsil edəcək.


