Ötən gün Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionluq kubokuna qovuşan “Qarabağ”da iki ayrılıq qeydə alınıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi klubun tibbi heyətində çalışan Oktay Gürsoy və Pavel Dubko ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam klubu onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, türkiyəli Oktay Gürsoy 15 ilə yaxın idi “Qarabağ”da masajçı işləyirdi. Ukraynalı fizioterapevt Pavel Dubko isə Azərbaycan klubuna ötən ilin yayında gəlmişdi.
Azərbaycan çempionu bir neçə futbolçusu ilə də yollarını ayıracaq.
Komandanı tərk etməsi gözlənilən futbolçular arasında Ramil Şeydayev, Filip Ozobiç və Qara Qarayevin adları hallanır.


