“Qarabağ”ın 11 futbolçusu milli komandalara dəvət aldı

Azərbaycan çempionu “Qarabağ”ın legionerləri – Marko VeşoviçMarko Yankoviç Monteneqro milli komandasına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, onlar AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Macarıstanla oyunda forma geyinə bilərlər.

Monteneqroli futbolçuları iyunun 20-də isə Çexiya ilə yoldaşlıq oyunu gözləyir.

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili də Gürcüstan millisinə dəvət alıb. O, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kiprlə matçın iştirakçısı ola bilər. Ayın 20-də isə gürcüləri Şotlandiya ilə qarşılaşma gözləyir.

Ağdam klubunun daha bir legioner futbolçusu – Leandro Andrade də Kabo Verde millisinə çağırılıb. O, iyunun 12-də Mərakeş, 18-də isə Burkina Faso ilə oyunlarda iştirak edə bilər.

Xatırladaq ki, Ağdam klubunun yerli futbolçularının da əksəri Azərbaycan millisinin heyətinə cəlb olunub. AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Bakıda Estoniya ilə matçda bu komandanın üzvlərindən Elvin Cəfərquliyev, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Toral BayramovBəhlul Mustafazadə iştirak edə biləcək.

Ramil ŞeydayevFilip Ozobiç də Azərbaycan millisinə dəvət alıblar. Lakin onlar bir neçə gün öncə Ağdam klubundan azad agent kimi ayrılıblar və hazırda klubsuzdurlar.

U-21 millisinin iyunun 11-dək baş tutacaq toplanışına isə Ağdam təmsilçisindən yalnız Nəriman Axundzadə çağırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: