Qvardiola “Arsenal”a məğlubiyyəti şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in Premyer Liqanın 8-ci tur oyununda “Arsenal”a məğlubiyyətini (0:1) şərh edib.

Arena.az BBC-yə istinadən “Pep”in müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Birinci hissədə 10-15 yaxşı imkanımız oldu, amma onlar ikinci hissəyə yaxşı başladılar. Oyun gərgin idi. Hər şeyi bir sıçrayış həll etdi.

Biz çox yaxşı müdafiə olunduq, futbolçular özlərini bütünlüklə oyuna verdilər. Bu, futboldur, uduzduq. Daha güclü qayıdacağıq.

Mən bu futbolçuları uzun illərdir tanıyıram və biz birlikdə çoxuna nail olmuşuq. Onların qaçdığını və döyüşdüyünü görmək şərəf və imtiyazdır”, – deyə Qvardiola məğlubiyyəti təbii qarşılayıb.

“Topçular”ın mərmisinə tuş gəlmiş “Mançester Siti” turnir cədvəlində mövqeyini itirib. Xatırladaq ki, buna qədər, ötən turda “şəhərlilər”i “canavarlar” dişləmişdi – “Pep”in yetirmələri “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olmuşdular. Premyer Liqada ardıcıl iki məğlubiyyət acısı dadmış “Mançester Siti”i turnir cədvəlində 18 xalla 3-cü pillədə yer alıb.

8 turdan sonra “Arsenal” 20 xalla Premyer Liqanın turnir cədvəlində eyni miqdarda xal toplamış lider “Tottenhem”i təqib edir. “Mahmızlar” daha yaxşı top fərqi hesabına “topçular”dan öndədirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: