Rayan Donk “Qalatasaray”dan getdi

Türkiyənin “Qalatasaray” klubu Niderland əsilli surinamlı yarımmüdafiəçisi Rayan Donk ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

O, 5.5 mövsümdür formasını geyindiyi İstanbul klubu ilə vidalaşdığını açıqlayıb. Donk hər kəsə dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Donkun karyerasını Super Liqanın digər klublarından birində davam etdirməsi gözlənilir.

Rayan Donk 2016-cı ildən “Qalatasaray”da çıxış edirdi. O, 2016/17 mövsümündə İspaniyanın “Betis” klubunda icarədə də oynayıb. Futbolçu daha öncə “Kasımpaşa”, “Brügge”, “Vest Bromviç”, “Alkmaar” kimi klubların da formasını geyinib. “Qalatasaray”da bütövlükdə 137 matça çıxan yarımmüdafiəçi, bu görüşlərdə 7 qola da imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: