“Rayo Valyekano” 28 yaşlı braziliyaəsilli italiyalı mərkəz müdafiəçisi Luis Felipeni azad agent qismində heyətinə qatıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Luis Felipe Marsel “Olimpik”i ilə müqaviləsinə birtərəfli qaydada xitam verərək azad agentə çevrilib və “Rayo Valyekano” ilə 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Luis Felipe “İtuano”nun məzunudur. Müdafiəçi, karyerası ərzində “Latsio”, “Salernitana”, “Betis”, “Əl-İttihad” və Marsel “Olimpik”ində çıxış edib.
2025-ci ilin yanvar ayında “Olimpik”ə qoşulmuş müdafiəçi fransız komandası üçün məhsudlar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.
Luis Felipe Braziliyanın U-20 və U-23 komandalarına cəlb edilib, həmçinin Olimpiya komandasına dəvət alıb. Buna rəğmən, “selesao”nun əsas heyətinə cəlb edilmədiyi üçün müdafiəçi İtaliya yığmasını seçib və 2002-ci ilin iyun ayında “skuadra adzurra”nın heyətində debüt edib, 46 dəqiqə oynayıb, məhsuldar fəaliyyəti olmayıb.
Luis Felipenin böyük futbolda uğurları “Latsio”nun adı ilə bağlıdır. Müdafiəçi, “qartallar”la İtaliya Kubokunun və İtaliya Super Kubokunun (2 dəfə) qalibi olub, həmçinin “Əl-İttihad”la Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyaəsilli italiyalı mərkəz müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


