“Real” Florentino Peresin mümkün gedişi ilə bağlı şayiəri cavabladı

Madrid “Real”ı klubun prezidenti Florentino Peresin vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Arena.az bu barədə “Kral klubu”nun rəsmi saytına istinadən məlumat verir:

“Bəzi sosial şəbəkələrdə prezident Florentino Peresin klub prezidenti vəzifəsindən getməyi düşündüyü ilə bağlı şayiələrlə qarşılaşmış “Real”, bu şayiələrin qərəzli yalan olduğunu və kiminsə maraqlarına uyğun olduğunu, gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirmək istəyir”, – bəyanatda deyilir.

Xatırladaq ki, Florentino Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti vəzifəsinə gəlib. Peres dövrünün ulduz futbolçularını komandaya cəlb etməklə təsis etdiyi kollektivi “Qalaktikos” ideyası ətrafında birləşdirməklə məşhurlaşmışdı. 2006-cı ildə isə Peres “Kral klubu”nun uğursuz çıxışlarından sonra vəzifəsini tərk etmək qərarına gəlmişdi. 2009-cu ildə keçmiş səhvlərini təhlil edərək vəzifəsinə qayıtmış Peres, komandaya yeni dövründə tarixi uğurlar qazandıra bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: