“Real” təqvimə görə FIFA, UEFA və La Liqaya qarşı hiddətlidir

“Real” rəhbərliyi Vinisius Juniorun və Eduardo Kamavinqanın milli komandalarının düşərgəsində zədələnməsindən çox narazıdır.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klub buna görə La Liqanı, İspaniya Futbol Federasiyasını, FIFA və UEFA rəhbərliyini günahlandırır.

“Real” təmsilçilərinin fikrincə, bu təşkilatlar oyunçuların zədələnməsinə səbəb olan həddən artıq yüklənmiş təqvim yaratmaqda təqsirkardırlar.

Xatırladaq ki, Vinisius Junior Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Kolumbiya yığması ilə oyununda (1:2) zədələnib. “Vinni” fevral ayına qədər futbolsuz qalmalı olacaq.
Kamavinqa isə Fransa yığmasının məşqində zədə alıb və 8-10 həftə yaşıl meydanlardan kənarda qalmalıdır.

Hazırda “Real”ın əsas heyətindən bütöv bir dəstə futbolçu zədələnib və uzun müddətə sıradan çıxıb. Əsas qapıçı, belçkilalı Tibo Kurtua mövsümün sonuna qədər futbolsuz qalmağa məhkumdur. Braziliyalı mərkəz müdafiəçisi Eder Militaonun, gənc türk yarımmüdafiəçi Arda Gülərin və indi də hücum xəttinin lideri braziliyalı Vinisius Juniorun və fransalı mərkəz yarımmüdafiəçisi Kamavinqanın zədələnməsi “Real” rəhbərliyinin səbr kasasını daşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: