“Real” üçün 73 il sonra ilk 6 turda 5 penalti

Futbol üzrə İspaniya La Liqasının 6-cı turu çərçivəsində baş tutan “Espanyol”la ev oyunu (4:1) “Real” üçün əlamətdar olub.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda əzmkar qələbə qazanmış Madrid klubu 73 il sonra rekordunu təkrarlayıb.

Belə ki, paytaxt klubu La Liqanın ilk 6 turunda 5 dəfə penalti zərbəsi vurmaq hüququ qazanıb. “Espanyol”la görüşdə də “Real” qollardan birini penalti zərbəsindən vurub. Bununla da, madridlilər 1951-ci ildən sonra ilk dəfə mövsümün startındakı 6 oyunda 5 penalti yerinə yetiriblər. Madridlilərin sonuncu penalti qolunu fransalı hücumçu Kilian Mbappe vurub.

Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş verib.

6 turdan 14 xal toplamış “Real” La Liqanın zirvəsində 18 xalla qərarlaşmış “Barselona”nı 2-ci pillədən təqib edib. “Espanyol” isə 7 xalla 13-cü pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: