“Real” “qaymaqlılar”ın keçmiş oyunçusu, yarımmüdafiəçi Eduardo “Çato” Qonsalesin vəfat etdiyi haqda məlumatı açıqlayıb.
Arena.az məlumat verir ki, “kral klubu” bu barədə özünün rəsmi saytında müvafiq xəbər dərc edib.
“Çato” 80 yaşında dünyasını dəyişib. “Real”ın mətbuat xidməti Qonsalesin ailəsinə və yaxınlarına və komanda yoldaşlarına Madrid klubu, onun prezidenti və idarə heyəti adından başsağlığı verib.
Eduardo Qonsales 1966-1969, 1970-1971-ci illərdə “qaymaqlılar”ın heyətində çıxış edib. O, “kral klubu” ilə 3 dəfə İspaniya çempionu olub.
1978-ci ildə futbolçu karyerasını bitirdikdən sonra Eduardo Qonsales məşqçilik fəaliyyətinə başlamış və ömürünün 24 ilini “Rayo Valyekano”, “Real Mursiya”, “Xetafe” və “Kordoba” da daxil olmaqla bir sıra İspaniya klublarını çaldırmaqla keçirmişdi.



