“Arsenal”ın və İtaliya yığmasının müdafiəçisi Rikkardo Kalafyori İngiltərə Premyer Liqası ilə İtaliya A Seriyasının fərqlərindən danışıb.
Arena.az “TuttoMercatoWeb” dərgisinə istinadən, italyan futbolçunun bu barədə fikrini təqdim edir:
“İngiltərə Premyer Liqası tamamilə fərqli bir liqadır, o cümlədən intensivlik baxımından. Hər oyun, hətta kiçik komandalara qarşı da gərgin keçir. Əgər sən hesabda iki qol öndə getməsən, üstünlüyü itirmək riskin var. İntensivlik əsas məsələdir və mən komandaya kömək etmək üçün onu bura, milli komandaya gətirməyə çalışıram”, deyə Kalafyori bildirib.
Mərkəz müdafiəçisi Rikkardo Kalafyori futbola “Petriana” klubunda qədəm qoyub, buradan “Roma”ya yol taparaq, böyük futbolda “canavarlar”ın heəytində debüt edib. Kalafyori karyerası ərzində “Cenoa”, “Bazel” və “Bolonya”da çıxış edib.
“Arsenal” italyan futbolçunu 2024-cü ilin iyulunda 45 milyon avro məbləğ müqabilində “Bolonya”dan “topçular”ın düşərgəsinə qatıb. Kalafyorinin “Arsenal”la müqaviəsi 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kalafyori “Arsenal” üçün 8 oyun keçirib, 1 qol vurub.
Rikkardo Kalafyori 2024-cü ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 8 oyuna 1 məhsudlar ötürmə ilə fərqlənib.
Rikkardo Kalafyorinin qənimətlər muzeyində “Roma” ilə qaznadığı Konfrans Liqası (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


