“Rizəspor” Bülənt Qorxmaz ilə anlaşdı

Türkiyənin “Rizəspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülənt Qorxmaz çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1.5 illik müqaviləyə imza atıblar.

Bülənt Qorxmaz son olaraq “Alanyaspor”a rəhbərlik edib. O, Super Liqanın cari mövsümünün 16-cı turundan sonra öz istəyi ilə postundan ayrılmışdı. Vaxtilə (2009-2010) Azərbaycanda “Bakı”nı da çalışdırmış mütəxəssis “Rizəspor”da Hamza Hamzaoğlunu əvəz edib. Hamzaoğlu komandanın uğursuz nəticələrinə görə “Başakşəhər”ə son məğlubiyyətin ardından istefaya göndərilib.

Elitada qalmaq uğrunda mübarizə aparan “Rizəspor” hazırda 23 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: