Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Yannik Bolasini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Bolasinin son klubu İngiltərə “Midlsbro”su olub. Yarımmüdafiəçi daha əvvəl bu ölkədə “Plimut”, “Everton”, “Aston Villa”, “Kristal Pelas”, “Bristol Siti” kimi komandalarda çıxış edib.
Konqo yığmasında 44 oyunda 9 qola imza atmış Bolasi, “Sportinq” (Lissabon) və “Anderlext”də də legioner həyatı yaşayıb.


