Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Fiorentina” doğma meydanda “Torino”nu məğlub edib. “Roma” isə evdə “Kremoneze”yə uduzaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, ilk oyun günündə “İnter” doğma meydanda “Atalanta” tək qolla üstələyərək yarımfinala yüksəlmişdi.
Mərhələyə sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
İtaliya kuboku
1/4 final
31 yanvar
İnter – Atalanta 1:0
Qol: Darmian, 57.
1 fevral
Fiorentina – Torino 2:1
Qol: Yoviç, 64. İkone, 89 – Karamo, 90+2.
Roma – Kremoneze 1:2
Qol: Belotti, 90+4 – Dessers, 28. Z.Çelik, 49.
2 fevral
00:00. Yuventus – Latsio


