Ronaldo: “Ançelotti “Real”ın uğurlarının açarıdır”

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti haqda fikrini bildirib.

Arena.az “Record” nəşrinə istinadən məlumat verir ki, portuqal ulduz ona bu barədə ünvanlanmış sualı cavablayıb:

– Karlo Ançelotti deyib ki, sizi çalışdırmaq asandır. Sizcə, o, nə qədər yaxşı məşqçidir?
– Mən burada dostlarımla səyahətdə idim və onlar soruşdular ki, yaxşı məşqçi olmaq nə deməkdir. Düşünürəm ki, bunun asılı olduğu bir sıra amillər var. Mənim üçün əsas olan oyunçularla necə işləməyinizdir. Karlo isə, məncə, onlarla işləməyi bilənlərdən biridir. Mənə gəlincə, o, “Real”ın uğurunun açarı idi və belə olaraq da qalır. Təsadüfi deyil ki, klub son illərdə bu qədər qənimət qazanıb. Bunun üçün qeyri-adi və xüsusi bir xüsus tələb edilir və bu da Karloda var. O, təkcə yaxşı insan deyil, həm də əla məşqçidir və bu, çox vacibdir.

Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.

Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Rəhbərliyi müddətində Ançelotti “Real”ı 317 oyuna çıxarıb, 228 qələbə, 45 heç-heçə, 44 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 763:300 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.