Rudi Qarsiya Viktor Osimhenin “Napoli”dəki gələcəyi haqda danışdı

“Napoli”nin baş məşqçisi Rudi Qarsiya nigeriyalı hücumçu Viktor Osimhenin klubu tərk edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Arena.az bu barədə “Sky Sport Italia”ya istinadən məlumat verir.

“Osimhen “Napoli”də qalmaq istəyir və biz hamımız onun qalmasını istəyirik. Onun özünü xoşbəxt hiss edəcəyinə və əla mövsüm keçirəcəyinə ümidvaram”, deyə Rudi Qarsiyadan bildirib.

Geridə qalmış 2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vuurb, 4 məhsuldar ötürmə verib. O, “eşşəkciklər”lə A Seriyasını qazanmaqla yanaşı, 26 qolla turnirin ən sərrast futbolçusu olub.

“Napoli”nin Osimhenlə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl Osimhenin özünün də “Napoli”də qalmağa razı və müqaviləsini yeniləmək üzrə olduğu haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: