“Səbail” 50-ci səfər qoluna sevindi, 100-cü qola üzüldü

“Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasında 50-ci səfər qolunu vurub. Arena.az xəbər verir ki, bu, 21-ci turun “Qarabağ”la matçına təsadüf edib.

Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub. Bu topa penaltidən fərqlənən Nikolas Raysel imza atıb. “Səbail” səfərdəki 50-ci qolu 62-ci oyunda vurub.

“Qarabağ”la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakılılar ümumilikdə 62 səfərdə 104 dəfə rəqibin fərqlənməsinə şahid olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: