“Səbail” 60-cı səfər oyununa çıxdı, 25-ci oldu

“Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasında 60-cı səfər oyununu keçirib. Arena.az xəbər verir ki, Bakı klubunun yubileyi “Qəbələ” ilə səfər matçına təsadüf edib.

Bu görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. 60 səfər qarşılaşmasında 14 qələbəsi olan paytaxt təmsilçisi 12 dəfə heç-heçə edib. Bakılılar rəqib meydanında 34-cü məğlubiyyətini alıb.

Xatırladaq ki, bunadək 24 komanda səfərdə 60 və daha çox oyun keçirmişdi. “Səbail” bu siyahıda 25-ci olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: