“Səbail” Rəşad Əzizli ilə müqavilə bağladı

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “dənizçilər” “Zirə”dən ayrılan qapıçı Rəşad Əzizlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə müddəti mövsümün sonunadək olan müqavilə imzalanıb.

Xatrıladaq ki, Rəşad Əzizli 2016/17 mövsümündə də “Səbail”in formasını geyinib. O, 2020-ci ilin iyulundan “Zirə”də çıxış edirdi. Azərbaycanın U-17 və U-19 yığmasının üzvü daha öncə “Rəvan”, “Şüvəlan”, “Neftçi”, “Sumqayıt” və “Keşlə” klublarının da formasını geyinib. Qapıçı 2021-ci ilin iyununda “Zirə” ilə 1 illik yeni müqavilə imzalamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: