“Səbail” Zeynəddin Abdurahmanov ilə yeni müqavilə bağladı

“Səbail” yetirməsi olan Zeynəddin Abdurahmanov ilə peşəkar müqavilə imzalandığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə gənc futbolçunun əsas komandaya cəlb edildiyi diqqətə çatdırılıb. “Səbail” Futbol Akademiyasının U-17 və U-19 komandalarında oynamış 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik peşəkar müqavilə imzalanıb.

Qeyd edək ki, Zeynəddin Abdurahmanov “Səbail”də “38” nömrəli formanı geyinəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: