Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 20-ci turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.
“Manisa” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Taşkın bu oyuna start heyətdə başlayıb. Lakin o, oyunu sona çatdıra bilməyib. Belə ki, millimizin üzvü 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan azad agent kimi keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
20 turdan sonra “Manisa” 23 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


