Səudiyyə Ərəbistanı klubları ÇL-də çıxış edəcək

“Nyukasl”ın direktoru Amanda Steyvli Səudiyyə Ərəbistanı klublarının UEFA Çempionlar Liqasında iştirak edəcəyini bildirib.

Arena.az bu barədə “The Athletic” nəşrinə istinadən xəbər verir:

“Mən Səudiyyə Ərəbistanı klubunun UEFA Çempionlar Liqasında mübarizə aparacağına tam əminəm. Bunun nə vaxt baş verəcəyi ilə bağlı heç bir fikrim yoxdur, amma səudiyyəliləri tanıyaraq düşünürəm ki, bu, çox çəkməyəcək”, deyə xanım Amanda Steyvli vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İtaliya mətbuatı Səudiyyə Ərəbistanı Futbol Federasiyasının (SAFF) bu ölkədən olan komandaların 2025-ci ildən başlayaraq Çempionlar Liqasında iştirakına icazə vermək məqsədi ilə UEFA ilə fəal danışıqlar apardığını bildirmişdi. Bildirilib ki, ərəblərin fikri Səudiyyə Ərəbistanından olan komandalara UEFA Çempionlar Liqasının yeni formatında 2025-ci ilə qədər tamamilə dəyişdiriləcək “wild” kartla iştirak etməkdir. İştirakçıların sayı 36-ya yüksələcək və bütün klublar üçün vahid qrup olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: