Futbol üzrə Azərbaycan Premyer Liqasının 30-cu turunun “Sabah” – “Qarabağ” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az Masazırda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
30-cu tur
16 aprel
“Sabah” – “Qarabağ” 2:1
Qollar: Coy Lens Mikels, 72; 77 – Riçard Almeyda, 86-pen.
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Sarı vərəqələr: Tellur Mütəllimov, 14 (qeyri-idman hərəkəti) – Julio Romao, 13 (qeyri-idman hərəkəti).
Saat 19:00. “Bank Respublika Arena”, 7000 tamaşaçı.
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Emin Cəfərov
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namiq Ələsgərov (9. Anatoli Nuriyev, 74), 17. Tellur Mütəllimov (7. Boyan Letiç, 54), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba (k), 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh (18. Davit Volkov, 90+1), 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos.
Məşqçi: Artur Olenin.
Qarabağ: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev (87. Adama Diakabi, 70), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 9. Musa Qurbanlı (99. Redon Cica, 81), 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç (2. Qara Qarayev, 81), 6. Julio Romao (20. Riçard Almeyda, 62), 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Yassin Benzya.
Baş məşqçi: Qurban Qurbanov.


