Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 16cı tur çərçivəsində evdə “İstanbulspor”la qarşılaşıb.
Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Adana təmsilçisi bu oyunda 2:0 öndə olsa da, 80 və 85-ci dəqiqələrdə buraxdığı qollarla qələbəni əldən verib.
“Adana Dəmirspor” bu heç-heçədən sonra 29 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “İstanbulspor” isə 6 xalla sonuncu – 20-cidir.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 6 matç keçirib.


