“Şamaxı” “Kaysar”a qol vura bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Şamaxı” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxıb. Arena.az xəbər verir ki, əyalət təmsilçisi Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşıb.

Məşqçilər korpusu “Kaysar”la oyunda aşağıdakı start heyətini meydana buraxıb: Sahib Həsənov, Zahid Mərdanov, Elçin Rəhimli, Kamal Mirzəyev, İbrahim Aslanlı, Qurban Səfərov, Emin Zamanov, Əli Səmədov, Asim Əlizadə, Rövşən Şahmuradov, Amil Yunanov.

“Miracle” hotelinin meydançasında baş tutan oyunda qalib müəyyənləşməyib. Küləkli hava şəraitində baş tutan matçda komandalar meydanı qolsuz tərk ediblər – 0:0.

“Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Sözügedən komanda Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: