Serci Roberto sıradan çıxdı – “Barsa”da zədəlilərdən xəbər var

İspaniya çempionu “Barselona”nın təcrübəli müdafiəçisi və kapitanı Serci Roberto bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə kapitanının zədələndiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, ispan futbolçuya sağ ayağının əzələ zədələnməsi diaqnozu qoyulub. Bu üzdən o, qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, 31 yaşlı Serci Roberto 2013-cü ildən “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisində bütövlükdə 355 oyun keçirib, 17 qol və 40 məhsuldar ötürmə müəllifi olub. Serci İspaniya milli komandasında da 11 oyuna 1 qol vurub.

Bu arada “Barselona”nın digər zədəlilərindən də xəbər var. Belə ki, klub Joao Kanselo, Joao Feliks, Andreas Kristensen məşqlərə başlayıblar. Digər zədəlilərdən Alexandro Balde və Lamin Yamal isə bərpa prosesi keçir. Əvəzində İspaniya yığmasının düşərgəsindən dönən Qavi və Ferran Torres komanda ilə məşqlərə qoşulublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: