Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi Serkan Özbalta istefa verib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 43 yaşlı mütəxəssis və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onlara gələcək karyeralarnda uğurlar arzulanıb.
Serkan Özbalta “Hatayspor”a bu ilin iyun ayında baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında cəmi 6 rəsmi matça çıxıb. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Hatay təmsilçisi bu mövsüm Super Liqada keçirdiyi 6 oyunda 5 məğlubiyyətə üzülüb və yalnız 1 heç-heçə edə bilib. 1 xalla Super Liqanın 19 iştirakçısı arasında sonuncu pillədə qərarlaşmış komanda, son olaraq evdə “Kayserispor”a 0:4 hesabıyla uduzub.


