Skaloni Messinin yoxluğu haqda: “Bizi böyük sınaq gözləyir”

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ulduz hücumçu Lionel Messinin xidmətindən məhrum olmasını şərh edib.

Arena.az “Ole” dərgisinə istinadən, argentinalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Mən “Leo” ilə artıq çoxdan danışmışam. Onun, ombasının ötürücü əzələsi ilə bağlı fəsadları var, buna görə də o, rahatsızlıq hiss edir. Təəssüf ki, “Leo” bizə kömək edə bilməyəcək. Bu, bizim üçün ciddi sınaqdır, amma komandam qarşıdakı oyunların öhdəsindən gələcək və meydanda olan futbolçulardan asılı olmayaraq, bizim fikirlərimizi qoruyub-saxlayacaq”, deyə Skaloni vurğulayıb.

Xatırladaq ki, Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 13-cü və 14-cü turları çərçivəsində müvafiq olaraq Uruqvay və Braziliya milliləri ilə qarşılaşacaq. Martın 22-də “albiseleste” səfərdə Uruqvay yığmasının “qonağı” olacaq, martın 26-da isə evdə Braziliya millisini qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: