Spalletti Türkiyə millisi ilə “quru” heç-heçəni şərh etdi

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “skuadra adzurra”nın Türkiyə millisi ilə yoldaşlıq oyununu şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən belə bir oyunu gözləyirdim. Biz tam gücümüzü qoyduq, elə, buna görə də yorulduq. Bununla belə, meydanın rəqib yarısında daha yaxşı çıxış etməyimizi də gözləyirdim. Bunu etməsəniz, işlər daha da çətinləşəcək. Amma məsələ bu oyunun məni nikbin və ya bədbin etməsində deyil. Bu oyun bizim gələcək tərəqqimiz üçün faydalı oldu”, deyə Spalletti vurğulayıb.

Xatırldaq ki, iyunun 4-də Bolonyada keçirilmiş oyunda tərəflər 0:0 hesablı heç-heçə ilə barışıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: