“Sumqayıt” “Zirə”ni məğlub yola saldı

Yeni mövsümə hazırlığını davam etdirən “Zirə” və “Sumqayıt” komandaları bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, sözügedən komandalar Sumqayıtda üz-üzə gəliblər.

Qəsəbə təmsilçisi bu oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib. Matçda yeganə qolu 59-cu dəqiqədə “Sumqayıt”ın və milli komandamızın forvardı Əli Qurbani vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: