Şumudiça “Yeni Malatyaspor”dan qovuldu

Türkiyənin “Yeni Malatyaspor” komandasının baş məşqçisi Marius Şumudiça istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. “Yeni Malatyaspor” Rumıniyadan olan məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Şumudiça 2021-ci ilin oktyabrında “Yeni Malatyaspor”un baş məşqçisi təyin olunmuşdu. Onun klubla sözləşməsi yayda başa çatmalı idi. “Yeni Malatyaspor” bu mövsüm Super Liqada keçirdiyi 23 oyunda cəmi 16 xal toplayıb. Komanda bu nəticə ilə sonuncu – 20-ci pillədə qərarlaşıb.

Marius Şumudiça daha öncə Türkiyədə “Rizəspor”, “Qaziantep” və “Kayserispor” klublarına da rəhbərlik edib.