“Bayern”in baş məşqçisi Tomas Tuxel dayaq yarımmüdafiəçisi Yozua Kimmixin komandanı tərk edə biləcəyinə münasibət bildirib.
Arena.az “Sport1” portalına istinadən Tuxelin bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Bu, heyrətamiz olardı. Amma transfer pəncərəsi – transfer pəncərəsidir, ümumilikdə hər şeyin mümkün olduğunu demək olar. Adlar çəkib, onları sıralayıb, hər gün yenisini ortaya atmağın mənası yoxdur.
Həmişə iştirak edən üç tərəf var: oyunçu, alıcı klub və satıcı klub. Müqaviləmiz varsa və belə bir razılaşmaya ehtiyacımız yoxdursa, heç kim getməyəcək”.
28 yaşlı Kimmix geridə qalmış 2022/2023 mövsümündə “Bayern”in heyətində 47 oyuna çıxıb, 7 qol vurub, 11 məhsuldar ötürmə verib. O, münhenlilərlə Almaniya Bundesliqasını qazanıb.
Kimmixin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Yozua Kimmixi 75 milyon avro məbləğində qiymətləndirir.


