“Roma”nın və İtaliya yığmasının sabiq hücumçusu, əfsanəvi Françesko Totti kluba qayıtmağa hazır olduğunu bildirib.
Arena.az AS dərgisinə istinadən Tottinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən “Roma”da 30 il keçirmişəm. Hamıya hörmət edib, başqa işimdən çıxdım. Mən “Real”a və başqalarına “yox” dedim, çünki mən ancaq o formanı istəyirdim. “Roma” ilə hekayəmin beləcə bitdiyini bəyənmədim. Futbolada sənə ehtiyac qalmayanda hörmətin də itir.
Müəyyən bir rolla qayıtmaq istərdim. Və Mourinyo ilə danışmaq istərdim, o, bir nömrədir, ona çox hörmət edirəm. Kaş ki, karyeramda məni çalışdırsaydı. Təəssüf edirəm ki, o, məni çalışdırmayıb. “Roma” bilir ki, mənə ciddi işlərdə ehtiyacı olsa, mən onlara kömək əli uzatmaqdan məmnun olaram”, deyə Françesko sevimli klubuna hər zaman dəstək olmağa hazır olduğunu bildirib.
Totti “Roma”nın heyətində ümumilikdə 785 oyun keçirib, 307 qol vurub, 209 məhsuldar ötürmə verib. Françesko “canavarlar”la İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb.
Françesko Totti İtaliya yığmasının heyətində 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə keçirilmiş dünya çempionatının qalibi olub.


