“Traktor” “Malavan”la matçda 3 xalı 3 qolla qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 27-ci tur çərçivəsində “Malavan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda 3 xalı 3 qolla qazanıblar – 3:0. Əmirhüseyn Hüseynzadənin 45+5-ci dəqiqədə hesabı açdığı oyunda digər qolları Domaqoy Drozdek vurub. O, 50-ci və 66-cı dəqiqələrdə fərqlənməklə dubla imza atıb.

“Traktor” hazırda 26 oyuna topladığı 58 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 26 oyunda 18 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını aprelin 24-də səfərdə “Fulad”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: