“Turan Tovuz” növbəti futbolçu transferini gerçəkləşdirib. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi nigeriyalı Henri Okebuqvunu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Henri Okebuqvunun karyerası əsasən Albaniya çempionatı ilə bağlıdır. Belə ki, o, 2017-ci ildən bu ölkənin klublarında forma geyinirdi. Onun Albaniyadakı ilk klubu “Eqnatiya” olub. Daha sonra “Partizani”yə keçən futbolçu, “Kastrioti”də də forma geyinib.
Henri Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
“Turan Tovuz” daha öncə İmeda Aşortiya, Piruzi Marakvelidze və Natan Oduva, Ben Aziz Dao, Runi Eva və Siyanda Xulu kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Cavid Tağıyev, Vüsal Məsimov və Sadiq Quliyev transfer olunub. Həmçinin Veysəl Rzayev, Şakir Seyidov və Nazim Həsənzadə “Sabah”dan, Turan Vəlizadə ilə Xəyal Nəcəfov “Neftçi”dən icarəyə götürülüb. Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla isə yeni müqavilə imzalanıb.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında keçirdiyi 3 oyundan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb.


