“Turan Tovuz” “Petrolul”a 2 qol vursa da, məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Rumıniya təmsilçisi “Petrolul” ilə qarşılaşıb.

Bakı vaxtilə saat 16:00-da start götürən oyun məhsuldar alınıb. “Turan Tovuz beş qolun qeydə alındığı matçın yekununda 2:3 hesablı məğlubiyyətə üzülüb. Tovuz təmsilçisinin heyətində Nazim Həsənzadə (5-ci dəqiqə) ilə Ayxan Hüseynov (66-cı dəqiqədə penaltidən) fərqlənib.

Xatırladaq ki, Tovuz təmsilçisi Antalyada daha iki yoxlama oyunu keçirəcək. Əyalət klubu yanvarın 13-də “Aarau” (İsveçrə), 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq. Komanda yanvarın 18-dək Antalyada hazırlıq keçəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: