Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün yay toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirəcək.
Arena.az xəbər verir ki, Kurban Berdıyevin komandasının rəqibi Mərakeşin “Vidad” kollektivi olacaq.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Xatırladaq ki, Tovuz təmsilçisi daha əvvəl Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə etmiş, Albaniya təmsilçisi “Flamurtari”yə 0:1 hesabıyla uduzmuşdu.


