Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Arena.az xəbər verir ki, püşk nəticəsində bu mərhələyə vəsiqə qazanmış komandaların 1/4 final yolundakı rəqibləri müəyyənləşib.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” növbəti mərhələyə vəsiqə uğrunda “Başakşəhər”lə üz-üzə gələcək.
“Qalatasaray” 1/8 finalda “Bandırmaspor”u qəbul edəcəksə, “Beşiktaş” “Antalyaspor”un, “Fənərbaxça” “Qaziantep”in qonağı olacaq.
Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları 6, 7 və 8 fevralda keçiriləcək. Qaliblər bir oyuna əsasən müəyyənləşəcək.
Türkiyə Kuboku
1/8 final
Sivasspor – Konyaspor
Başakşəhər – Hatayspor
Gənclərbirliyi – Trabzonspor
Antalyaspor – Beşiktaş
Karagümrük – Samsunspor
Ankaragücü – Ərzincanspor
Qalatasaray – Bandırmaspor
Qaziantep – Fənərbaxça


