15 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-15) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Paytaxtı Minskdə yerləşən Belarus Futbol Federasiyasının Futbol Kompleksində baş tutan görüş yığmamızın ağır məğlubiyyəti ilə yekunlaşıb. Belarus komandasının 8:1 hesablı qələbəyə sevindiyi görüşdə U-15 millimizin yeganə qolunu 86-cı dəqiqədə Könül Hüseynova vurub.
Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan yığması Belarusa bu heyətlə yollanıb:
- Aydan Abdullayeva – Səbail
- İradə Əsədli – Mingəçevir
- Elmira Hüseynova – Səbail
- Sara Səlimova – Gömrükçü
- Məryəm Ağaverdiyeva – Gömrükçü
- Nuray Ələkbərli – Ümid Gəncə
- Aylin Əliyeva – Gömrükçü
- Xədicə Rəhimova – Səbail
- Suhel Polikarpova – Səbail
- Məryəm Səmədli – Səbail
- Zəhra İsmayılova – Baku Sporting
- Xədicə Əlizadə – Baku Sporting
- Duyğu Həsənli – Baku Sporting
- Şəhanə Mirzəliyeva – Mingəçevir
- Könül Hüseynova – Mingəçevir
- Zəhra Rzayeva – İsmayıllı
- Könül Sadiqli – İsmayıllı
- Zəhra Abdullayeva – Ümid Gəncə
- Səmayə Əkbərova – Ümid Gəncə


