18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-18) növbəti təlim-məşq toplanışı üçün heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamız noyabrın 30-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
U-18-in hazırlıq prosesinə bütövlükdə 27 futbolçu cəlb edilib. Həmin oyunçuların siyahısını təqdim edirik:
- Məhdi Həsənov – Neftçi
- Xəqan Şükürov – Zirə
- Nicat Kərimov – Qəbələ
- İlkin Qocayev – Sumqayıt
- Murad Qurbanov – Zirə
- Elşən Atakişiyev – Neftçi
- Fərid Cabbarlı – Zirə
- Məhəmmədəli Məmmədov – Turan Tovuz
- Tunar Muradov – Turan Tovuz
- Ramal Abişov – EFA
- Müseyib Bəşirov – Qəbələ
- İlkin Həzizadə – Sumqayıt
- Cavidan Eminov – Turan Tovuz
- Vüsal Kərimov – Neftçi
- Ariz Kərimov – Qəbələ
- Toğrul Haqverdiyev – EFA
- Hüseyn Məmmədov – Zirə
- Nihad İsaqov – Kəpəz
- Nurlan Zeynallı – Sumqayıt
- Tunar Rzayev – klubsuz
- Əhliman Suleymanzadə – Zirə
- İmran Suleymanzadə – Zirə
- Emil Usubov – Zirə
- Ruslan Quliyev – Kəpəz
- Nicat Məhərrəmov – Neftçi
- Əlibaba Fətəliyev – klubsuz
- Elnur Abdullayev – Neftçi


