Avqustun 22-dən Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-18) yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, baş məşqçi Elxan Abdullayev hazırlıq çərçivəsində yetirmələrini “İmişli” ilə oyunda sınaqdan keçirib.
Birinci Liqa təmsilçisi ilə görüş 1:1 hesabıyla başa çatıb. “Dalğa Arena”da keçirilən matçda millimizin yeganə qolunu 53-cü dəqiqədə Niyazi Osmanov vurub.
Xatırladaq ki, millimiz daha öncə “Qaradağ Lökbatan”la da qarşılaşmış və 0:1 hesabıyla məğlub olmuşdu.
U-18 yığmamızın bu toplanışına adları aşağıda qeyd olunmuş bu 23 futbolçu dəvət olunub:
Məmmədzadə Sadiq – Səbail
Mehdizadə Fəyyaz – Sabah
Ağamalıyev Murad – Sumqayıt
Əmirov Emil – Qəbələ
Əliyev Nihad – Qarabağ
Bağırzadə Ceyhun – Qəbələ
Qaraəhmədli Rəvan – Zirə
Nəbiyev Surxay – Neftçi
Abdiyev Nurhan – Zirə
Mahmudzadə Taleh – Neftçi
Rəhimov Allahverdi – Kəpəz
Cəfərli İlkin – Sabah
Bağırov Dinamin – Turan Tovuz
Ramazanov Qədir – Qəbələ
Cəbiyev Anar – Sabah
Əhmədzadə Nihad – Sumqayıt
Mikayılov Elton – Qarabağ
Mürsəli Xəlil – Sabah
Əmirəhmədov Vüsal – Sabah
Zeynallı Raul – Səbail
Osmanov Niyazi – Sabah
Şahhüseyni Fərid – Səbail
Əsgərov Azad – Səbail


