19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Moldovada baş tutacaq yoldaşlıq turniri üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, seleksiya xarakterli oyunlardan sonra U-19-a cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcəklər.
Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.
- Sadiq Məmmədzadə – Səbail
- Nicat Qaragözlü – Neftçi
- Murad Ağamalıyev – Sumqayıt
- Hüseyn Hüseynov – Turan Tovuz
- Nihad Əliyev – Qarabağ
- Kənan Feyziyev – Sumqayıt
- Rəvan Qaraəhmədov – Zirə
- Nadir Orucov – Sumqayıt
- Vüsal Paşayev – Sumqayıt
- Surxay Nəbiyev – Neftçi
- Emil Bünyadzadə – Qarabağ
- Elgün Dünyamalıyev – Sabah
- İlkin Cəfərli – Sabah
- İlkin Budaqov – Qəbələ
- Qədir Ramazanov – Qəbələ
- Şahin İbrahimov – Sabah
- Sənan Muradlı – Sumqayıt
- Əşrəf Ələkbərli – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Elton Mikayılov – Qarabağ
- Raul Zeynallı – Səbail
- Nihad Əhmədzadə – Sumqayıt
- Niyazi Osmanov – Sabah
- Toğrul Tapdıqlı – Sumqayıt
İyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində baş tutacaq turnirdə Azərbaycan yığmasının oyunlarının təqvimi belədir:
4 iyun
20:30. Azərbaycan – Qazaxıstan
7 iyun
18:00. Azərbaycan – Türkiyə
10 iyun
20:30. Azərbaycan – Moldovanın
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


