19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Gürcüstan və Belarusa qarşı yoxlama oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, Qəbələ şəhərindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq bu oyunları yerli hakimlər idarə edəcəklər.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, U-19 yığmamız iyunun 9-dan 11-nə qədər Bakıda hazırlıq keçib. Ayın 12-dən etibarən başlamış Qəbələdəki təlim-məşq toplanışı isə ayın 21-nə qədər davam edəcək. Hazırlıq çərçivəsində Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək. Aqil Nəbiyevin baş məşqçisi olduğu komandamız iyunun 16-da Gürcüstan, 20-də isə Belarus millisi ilə üz-üzə gələcək.
Azərbaycan – Gürcüstan
Hakimlər: Kamal Umudlu, Asiman Əzizli, Kərim Zeynalov, Şamil İmanzadə.
16 iyun. Qəbələ şəhər stadionu. Saat 18:00.
Belarus – Gürcüstan
Hakimlər: Kamran Əliyev, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
18 iyun. Qəbələ şəhər stadionu. Saat 18:00.
Azərbaycan – Belarus
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
20 iyun. Qəbələ şəhər stadionu. Saat 18:00.


