UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin ilk matçlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Ən maraqlı görüşlərdən biri İspaniyada baş tutacaq. Bu ölkənin və paytaxt Madridin iki komandası – “Real” və “Atletiko” birincilərin meydanında üz-üzə gələcəklər.

İngiltərənin “Arsenal” komandası PSV-nin (Niderland), Fransa təmsilçisi “Lill” isə Dortmund “Borussiya”nın qonağı olacaq. “Brügge” isə Belçikada İngiltərə təmsilçisi “Aston Villa” ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan dörd matçı sabah keçiriləcək. Cavab görüşləri isə ayın 11-12-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
4 mart

21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
00:00. “Real” (İspaniya) – “Atletiko” (İspaniya)
00:00. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa)

5 fevral

21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)
00:00. “Bayern” (Almaniya) – “Bayer” (Almaniya)
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

Xəbəri sosial şəbəkələrdə paylaş: