Bu gün – fevralın 13-də futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin sonuncu qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.
İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leypsiq”lə üz-üzə gələcək. Hər iki oyuna gecə yarısı, Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan ilk oyunları isə 14, 20 və 21 fevralda keçiriləcək. Bu mərhələyə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
13 fevral
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Xose Mariya Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu.
00:00. “Leypsiq” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina).
Leypsiq, “RB Arena”.


