UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunları yekunlaşır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Portuqaliyada gerçəkləşəcək.

İngiltərə təmsilçisi “Arsenal” “Portu”nun qonağı olacaq.

İtaliya və İspaniya çempionları – “Napoli” ilə “Barselona” isə Neapolda qarşılaşacaqlar.

Bu cütlərdə cavab matçları martın 12-də keçiriləcək.

Xatırladaq ki, daha öncə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilmiş ilk oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) 1:3
“Leypsiq” (Almaniya) – “Real” (İspaniya) 0:1
“Latsio” (İtaliya) – “Bayern” (Almaniya) – 1:0
PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0
İnter (İtaliya) – Atletiko (İspaniya) 1:0
PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya) 1:1

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
21 fevral

00:00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
Portu. “Draqao” stadionu.

00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Feliks Svayer (Almaniya).
“Dieqo Armando Maradona” stadionu.