Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.
Günün ən çox maraq doğuran oyunlarından biri Fransada keçiriləcək. Burada Fransa nəhəngi PSJ İngiltərə Premyer Liqasının lideri “Liverpul”la üz-üzə gələcək.
Daha bir maraqlı oyun Almaniyada baş tutacaq. Bu ölkənin iki güclü komandası – “Bayern” və “Bayer” Münhen təmsilçisinin meydanında üz-üzə gələcək. “Bayer” ötən mövsüm Almaniya çempionu olubsa, “Bayern” hazırda Bundesliqanın vahid lideridir.
İtaliya “İnter”i səfərdə Niderlandın “Feyenoord” komandası ilə üz-üzə gələcək. İspaniya nəhəngi “Barselona” isə Portuqaliya “Benfika”sının qonağı olacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-də və 12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
5 mart
21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)
00:00. “Bayern” (Almaniya) – “Bayer” (Almaniya)
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)


