Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci mövsümünün Liqa mərhələsinin 1-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, bu mövsümdən yeni formatda keçirilən ÇL-in əsas mərhələsinin ilk turunun oyunları 3 gün davam edəcək.
Azarkeşlər ilk oyun günündə 6 qarşılaşmanın şahidi olacaqlar. Maraqlı görüşlərdən biri İtaliyada reallaşacaq. Milanın eyniadlı təmsilçisi doğma meydanda “Liverpul”la görüşəcək. İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real” Almaniyanın “Ştutqart” komandasını qəbul edəcək. Almaniyanın digər təmsilçisi “Bayern” isə evdə Zaqreb “Dinamo”su ilə oynayacaq.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun digər görüşləri sentyabrın 18-də və 19-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
17 sentyabr
20:45. “Yuventus” (İtaliya) – PSV (Niderland)
20:45. “Yanq Boyz” (İsveçrə) – “Aston Villa” (İngiltərə)
23:00. “Bayern” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
23:00. “Milan” (İtaliya) – “Liverpul” (İngiltərə)
23:00. “Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) – “Lill” (Fransa)


