Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha 10 qarşılaşma baş tutub.
Günün mərkəzi matçında İngiltərə millisi İspaniya seçməsi ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda son dünya çempionları qələbəyə seviniblər.
Çexiya isə doğma meydanda Xorvatiyanı sınağa çəkib. Bu görüş də qonaqların qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sabah səfərdə Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
1-ci tur
26 sentyabr
A Liqası, 3-cü qrup
Çexiya – Xorvatiya 1:2
İngiltərə – İspaniya 2:3
B Liqası, 1-ci qrup
Sloveniya – Şotlandiya 0:0
Şimali Makedoniya – İsveçrə 0:3
C Liqası, 4-cü qrup
Bolqarıstan – Lüksemburq 1:2
İslandiya – Estoniya 1:1
C Liqası, 3-cü qrup
Farer adaları – Qazaxıstan 1:1
Slovakiya – Moldova 2:0
C Liqası, 1-ci qrup
San Marino – Finlandiya 0:7
Albaniya – Belarus 2:0


